PAŞA Sığorta Onlayn Satış Portalı
“Master Sürücü Bonusu” kampaniyası!

“Master Sürücü Bonusu” kampaniyası!

PAŞA Sığorta təcrübəli sürücüləri nəzərə alaraq Tam KASKO avtomobil sığortası üzrə “Master Sürücü Bonusu” adlı yeni kampaniya elan edir. İcbari avtomobil sığortası üzrə 10% və daha çox Bonus Malus endiriminə malik müştərilərə Tam KASKO məhsulu üzrə sığorta haqqına endirimlər tətbiq olunur. Endirim faizləri icbari avto bonus əmsalına əsasən 10% və ya 15% olaraq tətbiq ediləcək. Kampaniya 07.09.2022-07.10.2022 tarixlərində qüvvədə olacaq. Tam KASKO əldə edən müştərilər hissəvi ödəniş imkanından yararlanaraq avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, təbii fəlakət və bir sıra digər risklərə qarşı avtomobilini təminat altına almış olacaqlar.