Avtomobil sığortası

İgidin yaraşığı ehtiyat, avtomobilin yaraşığı isə kasko sığortasıdır. İl ərzində cəmi bircə dəfə “Tam KASKO” sığortası əldə etməklə avtomobilinizi təlaşla idarə etməkdən qurtulun. Tam KASKO sığortası sizə avtomobilinizin  bazar dəyəri həcmində tam təminat vəd edir.


Bəs bu sığortaya sahib olmaqla siz nə əldə etmiş olacaqsınız?  

"PAŞA Sığorta” ASC-də avtomobillərin tam sığortasına 3 bölmə daxildir:

  •  Bölmə 1. Avtonəqliyyat vasitələrinin zədələnməsi və ya məhv olması (Kasko)
  •  Bölmə 2. Üçüncü şəxslər qarşısında mülki məsuliyyət
  •  Bölmə 3. Sürücü və sərnişinlərin fərdi qəza sığortası



Bölmə 1: Avtonəqliyyat vasitələrinin zədələnməsi və ya məhv olması

  •  Avtonəqliyyat hadisəsi;
  •  Atılmış və ya düşmüş əşya;
  •  Üçüncü şəxsin qanunazidd hərəkəti;
  •  Oğurluq, quldurluq, qaçırma və soyğunçuluq;
  •  Yanğın və partlayış;
  •  Heyvanların hərəkəti;
  •  Təbii fəlakət.

 

Bölmə 2. Üçüncü şəxslər qarşısında mülki məsuliyyət.

“Üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası” sığortalı tərəfindən üçüncü şəxslərə dəyən zərəri əhatə edir.Bu sığortanın obyekti, sığortalı tərəfindən üçüncü şəxslərin əmlakına, həyat və ya sağlamlığına dəyən zərərdir. Cədvəldə göstərilən sığorta haqqını ödəməklə    Siz qəza zamanı üçüncü tərəfi “Məsuliyyət həddi” məbləği qədər təminat altına almış olursunuz.

Məsuliyyət həddi (AZN)

Sığorta haqqı (AZN)

10 000

40

15 000

55

20 000

70

25 000

80

50 000

110

100 000

160

Qeyd: Yuxarıda qeyd olunan məsuliyyət hədləri üzrə ödənişlər Azərbaycan Respublikası avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə müəyyən olunmuş sığorta məbləğinə əlavə olaraq ödənilir.

 


Bölmə 3. Sürücü və sərnişinlərin fərdi qəza sığortası.

Bölmə 1 üzrə sığorta təminatı verilən risklərdən baş verən hadisələr nəticəsində sığorta olunanların ölüm, əmək qabiliyyətlərini tam və ya qismən itirmələri və xəsarət almaları risklərini əhatə edir.

Sığorta məbləği (AZN)

Sığorta haqqı (AZN)

5 000

6

10 000

12

15 000

18

20 000

24

25 000

30

 


"PAŞA Sığorta" şirkətinin təqdim etdiyi əlavə xidmətlər

“Tam KASKO” məhsulunu əldə edərkən sizə əlavə olaraq “Free”, “Standart”, “Premium” və ya “PASHA Ladies” paketlərindən birini seçmək imkanı verilir. İstədiyiniz paketdən birini seçərək Siz müvafiq paketə daxil olan əlavə xidmət və güzəştlərdən yararlana bilərsiniz. Əlavə xidmət və güzəştlərə aşağıdakılar daxildir:
 

ƏLAVƏ XİDMƏTLƏR VƏ GÜZƏŞTLƏR

Free

Standard

Premium

PASHA Ladies

Taksi xidməti 1

-

-

14 gün

14 gün

Evakuasiya xidməti 2

-

2 dəfə

3 dəfə

2 dəfə

Ayıq sürücü xidməti 3

-

2 dəfə

3 dəfə

-

Yol nəqliyyat hadisəsi zamanı sığortalının/sığorta olunanın günahı olmayan hadisələrdə şərtsiz azadolma məbləğinin tətbiq olunmaması 4

+

+

+

+

Avtomobilin bazar dəyərinə uyğun olaraq sığorta haqqının hissəli ödənişi

+

+

+

+

Avtomobilin bazar dəyərindən asılı olmayaraq sığorta haqqının 10 aya qədər hissəli ödənişi

-

-

+

-

Digər sığorta növləri üzrə məhsul alarkən güzəştlər

+

+

+

+

İstənilən sürücü 5

+

+

+

+

 



(1)Taksi xidməti yalnız sığortalı müştəri tərəfindən 14 gün müddətində, gündəlik 20 AZN limit tətbiq olunmaqla istifadə edilə bilər. Sığorta hadisəsi nəticəsində avtomobilin servisdə olduğu müddətə verilən taksi xidməti, təmir prosesi bitən kimi dayandırılır. Qiymətləndirmədən sonra sığorta ödənişi faydalanan şəxsə pul şəklində ödənilərsə, taksi xidməti dayandırılacaq. Xidmətdən istifadə üçün +994502508383 və ya *0007 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.
 

(2)Pulsuz evakuasiya xidməti avtomobil hər hansı bir səbəbdən hərəkət edə bilmədiyi zaman və yalnız Bakı-Abşeron-Xırdalan- Sumqayıt ərazisində (ən yaxın avtoservisə daşınması) olmaqla, tətbiq olunur. Sığorta hadisəsindən kənar hallarda avtomobil yolda nasaz qalarsa, +994502508383 və ya *0007 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.
 

(3)Bu xidmət yalnız Bakı şəhəri ərazisində keçərlidir. Xidmətdən yararlanmaq üçün +994502508383 və ya *0007 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.
 

(4)Yol nəqliyyat hadisəsi zamanı sığortalının/sığorta olunanın təqsiri olmayan hadisələrdə şərtsiz azadolma məbləği tətbiq olunmur. Yol nəqliyyat hadisəsi zamanı zərərvuran tərəf müəyyən olunmadıqda azadolma məbləği tətbiq olunur.
 

(5)Avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs tərəfindən idarə edilməsi halında dəyən zərər, sığorta təminatına daxildir.
 


PASHA Ladies paketi yalnız qadın sürücülər üçün keçərlidir.

Sərfəli qiymətlə, uyğun təminat!

Büdcənizə uyğun kasko məhsulu axtarırsınızsa, “Optimal KASKO” elə tam sizin üçündür.  Çünki, bu məhsula daxil olan paketlər sayəsində sığorta haqqınızı və maksimum zərər təminatınızı büdcənizə uyğun olaraq özünüz seçirsiniz.

“Optimal KASKO” məhsulu aşağıdakı 3 bölməni əhatə edir:

Bölmə 1: Avtonəqliyyat vasitələrinin zədələnməsi və ya məhv olması 

  • Avtonəqliyyat hadisəsi (Avtonəqliyyat vasitələrinin zədələnməsi və ya məhv olması)
  • Atılmış və ya düşmüş əşya;
  • Üçüncü şəxsin qanunazidd hərəkəti;
  • Oğurluq, quldurluq, qaçırma və soyğunçuluq;
  • Yanğın və partlayış;
  • Heyvanların hərəkəti;
  • Təbii fəlakət.
 

“Optimal KASKO” məhsulunun paketləri:
 

Paketin adı

OK 500

OK 900

OK 1900

Avtomobilin bazar dəyəri

25.000-150.000 AZN

40.000-150.000 AZN

100.000-300.000 AZN

Aqreqat sığorta məbləği

5,000 AZN

10,000 AZN

20,000 AZN

Şərtsiz azadolma məbləği

100 AZN

100 AZN

100 AZN

Təmir servisi

Qeyri-rəsmi servis / Rəsmi servis

Sığorta haqqı

500 / 550 AZN

900/1000 AZN

1900/2000 AZN

 

Qeyd: Avtomobilin istehsal ilindən asılı olaraq rəsmi və ya qeyr-rəsmi servisdə təmir təminatı müştəri tərəfindən seçilə bilər.



Bölmə 2. Üçüncü şəxslər qarşısında mülki məsuliyyət.

“Üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası” sığortalı tərəfindən üçüncü şəxslərə dəyən zərəri əhatə edir.Bu sığortanın obyekti, sığortalı tərəfindən üçüncü şəxslərin əmlakına, həyat və ya sağlamlığına dəyən zərərdir. Cədvəldə göstərilən sığorta haqqını ödəməklə    Siz qəza zamanı üçüncü tərəfi “Məsuliyyət həddi” məbləği qədər təminat altına almış olursunuz.

Məsuliyyət həddi (AZN)

Sığorta haqqı (AZN)

10 000

40

15 000

55

20 000

70

25 000

80

50 000

110

100 000

160

Qeyd: Yuxarıda qeyd olunan məsuliyyət hədləri üzrə ödənişlər Azərbaycan Respublikası avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə müəyyən olunmuş sığorta məbləğinə əlavə olaraq ödənilir.

 


Bölmə 3. Sürücü və sərnişinlərin fərdi qəza sığortası.

Bölmə 1 üzrə sığorta təminatı verilən risklərdən baş verən hadisələr nəticəsində sığorta olunanların ölüm, əmək qabiliyyətlərini tam və ya qismən itirmələri və xəsarət almaları risklərini əhatə edir.

Sığorta məbləği (AZN)

Sığorta haqqı (AZN)

5 000

6

10 000

12

15 000

18

20 000

24

25 000

30

 


"PAŞA Sığorta" şirkətinin təqdim etdiyi əlavə xidmətlər

“Optimal KASKO” məhsulunu əldə edərkən sizə əlavə olaraq “Free”, “Standart”, “Premium” və ya “PASHA Ladies” paketlərindən birini seçmək imkanı verilir. İstədiyiniz paketdən birini seçərək Siz müvafiq paketə daxil olan əlavə xidmət və güzəştlərdən yararlana bilərsiniz. Əlavə xidmət və güzəştlərə aşağıdakılar daxildir:
 

ƏLAVƏ XİDMƏTLƏR VƏ GÜZƏŞTLƏR

Free

Standard

Premium

PASHA Ladies

Taksi xidməti 1

-

-

14 gün

14 gün

Evakuasiya xidməti 2

-

2 dəfə

3 dəfə

2 dəfə

Ayıq sürücü xidməti 3

-

2 dəfə

3 dəfə

-

Yol nəqliyyat hadisəsi zamanı sığortalının/sığorta olunanın günahı olmayan hadisələrdə şərtsiz azadolma məbləğinin tətbiq olunmaması 4

+

+

+

+

Avtomobilin bazar dəyərinə uyğun olaraq sığorta haqqının hissəli ödənişi

+

+

+

+

Avtomobilin bazar dəyərindən asılı olmayaraq sığorta haqqının 10 aya qədər hissəli ödənişi

-

-

+

-

Digər sığorta növləri üzrə məhsul alarkən güzəştlər

+

+

+

+

İstənilən sürücü 5

+

+

+

+

 



(1)Taksi xidməti yalnız sığortalı müştəri tərəfindən 14 gün müddətində, gündəlik 20 AZN limit tətbiq olunmaqla istifadə edilə bilər. Sığorta hadisəsi nəticəsində avtomobilin servisdə olduğu müddətə verilən taksi xidməti, təmir prosesi bitən kimi dayandırılır. Qiymətləndirmədən sonra sığorta ödənişi faydalanan şəxsə pul şəklində ödənilərsə, taksi xidməti dayandırılacaq. Xidmətdən istifadə üçün +994502508383 və ya *0007 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.
 

(2)Pulsuz evakuasiya xidməti avtomobil hər hansı bir səbəbdən hərəkət edə bilmədiyi zaman və yalnız Bakı-Abşeron-Xırdalan- Sumqayıt ərazisində (ən yaxın avtoservisə daşınması) olmaqla, tətbiq olunur. Sığorta hadisəsindən kənar hallarda avtomobil yolda nasaz qalarsa, +994502508383 və ya *0007 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.
 

(3)Bu xidmət yalnız Bakı şəhəri ərazisində keçərlidir. Xidmətdən yararlanmaq üçün +994502508383 və ya *0007 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.
 

(4)Yol nəqliyyat hadisəsi zamanı sığortalının/sığorta olunanın təqsiri olmayan hadisələrdə şərtsiz azadolma məbləği tətbiq olunmur. Yol nəqliyyat hadisəsi zamanı zərərvuran tərəf müəyyən olunmadıqda azadolma məbləği tətbiq olunur.
 

(5)Avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs tərəfindən idarə edilməsi halında dəyən zərər, sığorta təminatına daxildir.
 


PASHA Ladies paketi yalnız qadın sürücülər üçün keçərlidir.

İllik cəmi 99 AZN sığorta haqqı ilə kasko sığorta? Bəli! 

Bilirik ki, bəzən avtomobilinizi park edib uzaqlaşarkən təhlükəsizliyindən əmin olmursunuz. Çünki, avtomobilinizin üzərinə hər an bir əşya düşə və ya maşınınız hava təsirindən zərər görə bilər.   “PAŞA Sığorta” bütün bunları düşünərək  istəklərinizə uyğun, minimum sığorta haqqı ilə sizə “Parkinq KASKO” sığortası təklif edir.

 

“Parkinq KASKO” məhsulunun təminatları nələrdir?

  • Atılmış və ya düşmüş əşya
  • Üçüncü şəxsin qanunazidd hərəkəti* (avtonəqliyyat hadisəsi istisna olmaqla)
  • Oğurluq, quldurluq, qaçırma və soyğunçuluq
  • Yanğın və partlayış
  • Heyvanların hərəkəti
  • Təbii fəlakət

Məhsul avtonəqliyyat hadisəsi istisna olmaqla, digər bütün risklərə qarşı təminat vəd edir.


“Parkinq KASKO” məhsulunun hansı paketləri mövcuddur?

Məhsul müştərilərə sığorta təminatı seçimindən asılı olaraq 2 paketdə təklif edilir. 99 AZN sığorta haqqı ilə müştərilərə təklif edilən paketdə müştəri avtomobilini istəkdən asılı olaraq rəsmi və ya qeyri rəsmi servisdə təmir seçimindən faydalana bilər.

Paketlər

Paket 1

Paket 2

Paket 3

Aqreqat sığorta məbləği

5,000 AZN

10,000 AZN

20,000 AZN

Şərtsiz azadolma məbləği

100 AZN

100 AZN

100 AZN

Təmir servisi

Qeyri-rəsmi servis

Qeyri-rəsmi servis / Rəsmi servis

Qeyri-rəsmi servis / Rəsmi servis

Sığorta haqqı

79 AZN

99 AZN

199 AZN

* Risk üzrə təminat yalnız Paket 3 üzrə verilir
 

Tam KASKO

Avtomobiliniz üçün Tam KASKO qiymətini cəmi bir dəqiqəyə hesablayın!