Sığortalı şəhərdə rahat həyat

   Hər kəsin xoşbəxt yaşamaq, illərdir qazandığı evinin, bağının, biznes obyektinin xeyrini görmək haqqı var. Baş verə biləcək hər-hansı bədbəxt hadisəni öncədən görmək çox çətindir, lakin onun fəsadlarını aradan qaldırmaq sosial bir vəzifədir. Yıxılanı ayağa qaldırmaq, ehtiyacı olana kömək etmək və təəssübkeşlik göstərmək hər bir azərbaycanlının sahib olduğu dəyərlərdəndir. PAŞA Sığorta məhz bu dəyərləri əsas götürərək, bütün vətəndaşları öz əmlaklarını sığortalamağa səsləyir.

 

   PAŞA Sığortada sığortalanmağın üstünlükləri:

  • Ölkəmizin güvənli və lider sığorta şirkətindən yüksək təminat;
  • Zərər məbləğin tez bir zamanda ödənilməsi;
  • 24 saat ərzində müştəri xidmətinin təminatı.

   Əmlakınızı nə üçün sığortalamalısınız?

   Daşqın, sel, yanğın, ildırım düşməsi, xüsusi ilə də (respublikanın tektonik zonada yerləşməsi səbəbindən) zəlzələ, yer sürüşməsi və digər təbii fəlakətlər Azərbaycanda nadir rast gəlinən hallar deyil. Bu kimi yüksək zərərli hadisələrdən sığortalanmaq üçün əmlakınız üzrə icbari sığorta əldə etməniz çox vacibdir, çünki həyatda sahib olduğunuz maddi sərvətlərin sırasında ən önəmli yerlərdən birini məhz eviniz tutur.

   Daşınmaz Əmlakın İcbari Sığortası

   Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yuxarıda qeyd olunan hadisələr nəticəsində zədələnməsi, məhv olması və ya hər-hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədini daşıyır.

   Yaşayış evləri və mənzillər üçün icbari sığorta üzrə sığorta haqları, sığorta və şərtsiz azadolma məbləğləri

   Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə:

Sığorta haqqı

50 AZN

Sığorta müddəti

1 il

Təminat məbləği

25 000 AZN

Şərtsiz azadolma məbləği

250 AZN (25 000 AZN-dək dəyən zərərlər şərtsiz azadolma məbləği istisna olmaqla tam qarşılanır)

 

   Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə:

Sığorta haqqı

40 AZN

Sığorta müddəti

1 il

Təminat məbləği

20 000 AZN

Şərtsiz azadolma məbləği

200 AZN (20 000 AZN-dək dəyən zərərlər şərtsiz azadolma məbləği istisna olmaqla tam qarşılanır)

 

   Digər şəhər və bölgələrdə yerləşən daşınmaz əmlak üzrə:

Sığorta haqqı

30 AZN

Sığorta müddəti

1 il

Təminat məbləği

15 000 AZN

Şərtsiz azadolma məbləği

150 AZN (15 000 AZN-dək dəyən zərərlər şərtsiz azadolma məbləği istisna olmaqla tam qarşılanır)

 

   Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:

  • Yanğın, ildırım düşməsi;
  • Məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
  • Elektrik naqillərində baş verən qısa qapanma;
  • Buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və cihazların partlayışı;
  • Subasma, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, subasma;
  • Hər hansı predmetin və onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması;
  • Yerüstü nəqliyat vasitəsinin dəyməsi;
  • Zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, yer sürüşməsi, leysan və digər təbii fəlakətlər;
  • Üçüncü şəxsin/şəxslərin qanuna zidd hərəkətləri.

   

   Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması və ya hər-hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur:

  • Sığortalının və ya faydalanan şəxsin hadisənin qəsdən baş verməsinə yönəldilmiş hərəkətləri;
  • Sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tədbiq olunan istehsal alovunun, yaxud yanğın baş vermədiyi təqdirdə belə istiliyin təsiri nəticəsində əmlaka zərərin dəyməsi;
  • Hadisə zamanı və ya hadisədən sonra əmlakın hər-hansı hissəsinin oğurlanması;
  • Qrunt sularının səviyyəsinin dəyişməsi;
  • Borulardan və ya rezervuarlardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində suyun axması.

   

   Daşınmaz Əmlakın sığortası ilə bağlı qanun

   Daşınmaz Əmlakın icbari sığortası “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin II fəslində nəzərdə tutulmuşdur. «İcbari Sığortalar haqqında» Qanunun 35.2-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir (məcburidir). Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 dekabr 2014-cü il tarixli Fərmanına əsasən «Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə»yə müvafiq dəyişikliklər edilmişdir və «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mənzillərin icbari qaydada sığortalanmasına nəzarət Yerli İcra Hakimiyyətinə həvalə olunmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə icazə verilməyən yerlərdə inşa edilmiş, sökülməsi barədə dövlət və ya yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan yaşayış binaları/mənzillər icbari sığortaya cəlb edilmir.

Qiymət:

Yaşıl Bakı - daşınmaz və daşınar əmlakın icbari və könüllü sığorta məhsuludur.

Bu məhsul 3 paketdən ibarətdir: Çinar, Cökə və Zeytun. Sizin tələblərinizə uyğun olan sığorta paketini seçərkən müvafiq sığorta təminatı əldə edirsiniz.

Yaşıl Bakı paketlərindən hər hansı birini əldə etdiyiniz zaman paketin adına uyğun olaraq PAŞA Sığorta şirkətinin əməkdaşları paytaxtımızın müxtəlif məkanlarında ağac əkəcəklər. Belə ki, bu paketləri əldə edən hər kəsin Bakının yaşıllaşmasında bir töhvəsi olacaqdır.

Həmçinin eviniz baza yaşayış üçün tam yararsız* olduğu halda hər bir paket üzrə sizə aylıq 300 AZN, 500 AZN, 700 AZN məbləğində kirayə haqqı **ödənilir.

* Evin baza yaşayış üçün yararsız olması sığorta ekspertləri tərəfindən müəyyən olunur.

** Kirayə haqqı 3 gündən çox təmir vaxtı tələb olunan evlər üçün nəzərdə tutulur.

Çinar Paketi – Sığorta haqqı 99 AZN

 

Təminat

Azadolma məbləği

Daşınmaz Əmlakın İcbari Sığortası

25 000 AZN

250 AZN

Daşınmaz əmlakın sığortası üzrə əlavə təminat

25 000 AZN

Üçüncü şəxslər qarşısında mülki məsuliyyət         

5 000 AZN

200 AZN

Daşınar Əmlak (Ev əşyaları)

5 000 AZN

100 AZN

Cökə Paketi – Sığorta haqqı 149 AZN

 

Təminat

Azadolma məbləği

Daşınmaz Əmlakın İcbari Sığortası

25 000 AZN

250 AZN

Daşınmaz əmlakın sığortası üzrə əlavə təminat

65 000 AZN

Üçüncü şəxslər qarşısında mülki məsuliyyət         

5 000 AZN

200 AZN

Daşınar Əmlak (Ev əşyaları)

10 000 AZN

100 AZN

Zeytun Paketi – Sığorta haqqı 199 AZN

 

Təminat

Azadolma məbləği

Daşınmaz Əmlakın İcbari Sığortası

25 000 AZN

250 AZN

Daşınmaz əmlakın sığortası üzrə əlavə təminat

105 000 AZN

Üçüncü şəxslər qarşısında mülki məsuliyyət         

5 000 AZN

200 AZN

Daşınar Əmlak (Ev əşyaları)

15 000 AZN

100 AZN

Qeyd: Yaşıl Bakı sığorta paketləri ancaq Bakı şəhərində yerləşən mənzillərə aiddir.

Yaşıl Bakı sığorta paketləri sizi nədən sığortalayır?

  1. Yanğın, ildırım düşməsi;
  2. Məişət və istehsalatda istifadə olunan qazın partlayışı;
  3. Elektrik naqillərində baş verən qısa qapanma;
  4. Su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, subasma;
  5. Üçüncü şəxslərin hərəkətləri;
  6. Təbii fəlakətlər: zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, ildırım düşməsi, sel, yer sürüşməsi, leysan;
  7. Oğurluq; qarət;
  8. Nəqliyyat vasitələrinin vurması;
  9. Üçüncü şəxslərin əmlakının və səhətinə dəyən ziyan.

Bu kimi yüksək zərərli hadisələrdən evinizi sığortalamağınız çox vacibdir, çünki həyatda sahib olduğumuz maddi sərvətlərin sırasında ən əhəmiyyətli yerlərdən birini yaşadığımız evimiz tutur.

'Yaşıl Bakı' məhsulu yanız Bakı şəhərində olan yaşayış evləri üçün nəzərdə tutulub. Bu məhsul İcbari Əmlak sığortası ilə birgə alınmalıdır.